16 avqust 2023, 15:26

Çin Xalq Respublikasının (ÇXR) Urumçi şəhərində CAREC (Central Asia Regional Economic Cooperation İnstitute - Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu) Beyin Mərkəzlərinin İnkişafı üzrə VII Forum keçirilib. Forumda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Vüsalə Cəfərova da iştirak edib.

“Dayanıqlı iqtisadi inkişaf üçün rəqəmsal texnologiyanın tətbiqi” mövzusuna həsr olunmuş Forum rəqəmsal texnologiyaların dayanıqlı iqtisadi artımın idarə edilməsində roluna dair yeddi sessiyadan ibarət olub. Burada regionun rəqəmsal hazırlığı, rəqəmsal infrastruktur və əlverişli biznes mühiti, elektron ticarət və rəqəmsal maliyyənin inkişafı, investisiyalar, əmək bazarı, rəqəmsal idarəetmə və startap ekosisteminə dair problemlər müzakirə olunub.

Forum regionun beyin mərkəzləri, universitetlər, dövlət qurumları, özəl sektor və mediadan 120-yə yaxın iştirakçını bir araya gətirib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az