11 avqust 2023, 15:45

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası keçirilib.

“Webex” platforması üzərindən həyata keçirilən iclasda Azərbaycan Respublikası Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Neft Fondu, Dövlət Statistika Komitəsi, Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin nümayəndələri iştirak ediblər. İclasda işçi qrupun 2023-ci ilin birinci yarısında gördüyü işlər müzakirə edilib. Büdcə şəffaflığının təmin edilməsi, dövlət tənzimlənməsinin keyfiyyətinin artırılması, habelə təbii resursların idarə edilməsi indeksi üzrə görülmüş işlərlə bağlı məsələlər əsas müzakirə mövzusu olub.

Qarşılıqlı müzakirə formatında keçən iclasın yekununda görüş iştirakçılarının sualları cavablandırılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az