11 avqust 2023, 11:48

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib. Səhiyyə nazirinin müavininin sədrlik etdiyi iclasda işçi qrupun müvafiq qurum nümayəndələrinin yarımillik hesabat məruzələri dinlənib, Komissiyanın fəaliyyətinin daha da optimallaşdırılması məqsədilə yeni təyin olunmuş nümayəndə işçi heyətə təqdim edilib.

İclasda, həmçinin səhiyyə sahəsində davam edən islahatlar və gələcək planlar müzakirə olunub. Eləcə də sağlam həyat tərzinin təbliği yolları, səhiyyə xidmətlərinin əlçatanlığı və s. bir sıra məsələlər ətrafında müqayisəli təhlillər aparılıb.

Növbəti görüşdə nəzərə alınacaq məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az