09 avqust 2023, 15:44

Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin (MDB İK) rəsmi veb-saytında Özbəkistanın aparıcı beyin mərkəzləri nümayəndələrinin Azərbaycana gerçəkləşdirdikləri səfər çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) keçirdikləri görüş barədə məlumat yerləşdirilib. “Özbəkistanın və Azərbaycanın aparıcı analitik mərkəzlərinin ekspertləri sıx əməkdaşlıq haqqında razılığa gəliblər” sərlövhəli yazıda qeyd olunub ki, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı ilə keçirilmiş görüşdə Özbəkistan və Azərbaycan arasında iqtisadi-ticari, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Həmçinin Mərkəzi Asiya regionunda baş verən dəyişikliklər və regionlar arasında qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb. “Vüsal Qasımlı Özbəkistanın öz vətəndaşların rifahının yaxşılaşdırılmasına, insan kapitalının inkişafına, iqtisadiyyatın ayrı-ayrı sektorlarının transformasiyası və liberallaşdırılmasına, rəqəmsallaşmaya, innovativ texnologiyaların tətbiqinə yönəlmiş yeni Strategiyasını yüksək qiymətləndirib”- deyə yazıda qeyd olunub.

Qeyd edək ki, Özbəkistanın beyin mərkəzlərinin nümayəndələri Azərbaycana gerçəkləşdirdikləri səfər çərçivəsində avqustun 7-də İİTKM-də də olublar, burada qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Orijinal yazıya keçid üçün - http://bitly.ws/RrBz 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az