02 avqust 2023, 14:43

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun rəhbəri, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədovun sədrliyi ilə işçi qrupunun video-konfrans formatında iclası keçirilib.

İclasda Dünya Bankının “B-Ready” hesabatının “Utility Services” indikatorunun “Internet” alt-indikatoru üzrə cavablandırılmış sorğu vərəqələrinin və qiymətləndirmə nəticələrinin müzakirəsi keçirilib, sorğunun və qiymətləndirmə cədvəllərinin doldurulması ilə bağlı görülmüş işlər barədə məlumat verilib, hər bir komponent üzrə qiymətləndirmə meyarları ətrafında fikir mübadiləsi aparılıb.

İclasda işçi qrupun üzvü olan dövlət qurumlarının nümayəndələri, hesabatın sorğu vərəqlərinin qiymətləndirilməsinə cəlb olunmuş əməkdaşları, həmçinin Komissiyanın Katibliyi təmsil olunub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az