23 may 2021, 10:24

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İİTKM-də təcrübə müddətini başa vuran Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ilə görüşüb. Görüş zamanı V.Qasımlı ölkəmizdə könüllü fəaliyyətinin əhəmiyyəti, dövlət və özəl qurumlarda könüllülük proqramlarının təşkili və bu ictimai fəaliyyətin səmərəli idarəetməyə verdiyi töhfələrdən danışıb. O, həmçinin ölkəmizin iqtisadiyyatının inkişafı istiqamətində görülən işlər, qəbul edilən Dövlət Proqramları ilə bağlı məlumat verib. V.Qasımlı hər bir iqtisadçının nümunə götürməli olduğu bir neçə müəllifin adını qeyd edərək, gəncləri geniş mütaliəyə səsləyib.

İİTKM-in məzun könüllüləri icraçı direktora özlərini təqdim edərək, təcrübə müddətində gördükləri işlər, öyrəndikləri elmi-praktiki biliklər və gələcək planları barəsində danışıblar.

Qeyd edək ki, yarandığı vaxtdan etibarən bu günə qədər İİTKM-də 500-dən artıq gənc könüllü fəaliyyəti keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllü ili” elan etməsilə İİTKM-də “İslahat Könüllüləri” təşkilatı yaradılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az