17 iyul 2023, 15:00

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun “Webex” onlayn platforması vasitəsilə Dünya Bankının “Business Ready” hesabatının Maliyyə xidmətləri indikatoru üzrə qiymətləndirmə nəticələrinin müzakirəsi məqsədilə növbəti iclası keçirilib.

İclasda Maliyyə xidmətləri indikatoru üzrə aparılmış qiymətləndirmə nəticələri barədə ətraflı məlumat verilib, qiymətləndirmə nəticələrinin yaxşılaşdırılması istiqamətində İşçi qrupu üzvləri və Mərkəzi Bankın məsul əməkdaşları ilə geniş müzakirələr aparılıb və növbəti addımlar müəyyən edilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Nazirlər Kabinetinin, Mərkəzi Bankın, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Kredit Bürosunun, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycan Sığortaçılar Assosiasiyasının və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının nümayəndələri iştirak edib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az