07 iyul 2023, 11:56

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri v.m.i.e. Ayhan Satıcı “Türkiyə-Azərbaycan regional əməkdaşlıq imkanlarının araşdırılması” adlı konfransda iştirak edib. Azərbaycan ilə Türkiyə arasında, xüsusilə sərhədyanı bölgələrdə iqtisadi və mədəni əlaqələrin, eləcə də qarşılıqlı turizmin inkişaf etdirilməsi məqsədi daşıyan konfrans Şərqi Anadolu İnkişaf Agentliyi və Van Yüzüncü Yıl Universitetinin birgə əməkdaşlığı çərçivəsində keçirilib.

Onlayn formatda təşkil olunmuş konfransda iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyətindən danışılıb, bu potensialın regional inkişafa təsirinin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb, müvafiq təkliflər səsləndirilib.

Konfransa Türkiyə və Azərbaycandan müxtəlif sahələri təmsil edən 50-dən çox iştirakçı, o cümlədən hər iki ölkənin səfirləri, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, rektorlar və qeyri-hökumət təşkilatlarının təmsilçiləri qatılıblar.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az