25 iyun 2023, 16:55

İqtisadiyyat nazirinin birinci müavini cənab Elnur Əliyevin rəhbərliyi ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Beynəlxalq ticarət işçi qrupunun növbəti iclası keçirilib.

İclasda Dünya Bankının B-Ready layihəsinin yeni təqdim edilmiş sorğu vərəqəsi və indikatorlar üzrə hesablanma metodologiyası haqqında müzakirələr aparılıb. Həmçinin Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Beynəlxalq ticarət” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”nin müvafiq komponentləri üzrə 2023-cü il ərzində görülmüş işlər və ilin sonuna qədər icra olunmalı tapşırıqlara dair məlumatlar təqdim edilib və icra prosesinin sürətləndirilməsi və optimallaşdırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

İclasda işçi qrupun üzvü olan dövlət qurumlarının və özəl sektorun nümayəndələri, həmçinin Komissiyanın Katibliyi təmsil olunub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az