Türkiyənin “trtworld.com” saytında yerləşdirilən “Zəngəzur dəhlizi haqqında bilməli olduqlarımız” sərlövhəli analitik yazıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri vəzifələrini müvəqqəti icra edən Ayhan Satıcının şərhinə yer verilib. O, öz şərhində qeyd edib ki, bu dəhliz yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat imkanlarını bərpa etmir, həmçinin Xəzər və Aralıq dənizləri hövzələrini, eləcə də Cənub-Şərqi və Mərkəzi Asiyanı Avropa ilə birləşdirmək imkanını malikdir.
Ətraflı: https://www.trtworld.com/turkiye/