16 iyun 2023, 09:44

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Vüsalə Cəfərova Asiya İnkişaf Bankının (AİB) mütəxəssisləri ilə Azərbaycan üzrə 2019-2023-cü illər üçün Tərəfdaşlıq Strategiyasının icrasına dair müzakirə aparıb. AİB-in Müstəqil qiymətləndirmə departamentinin mütəxəssisləri Hyun Son, Maykl Diza, Alessandro Pio və Rizza Serrano arasında onlayn formatda keçirilmiş görüşdə Tərəfdaşlıq Strategiyasının icrasının ölkənin inkişaf prosesinə təsirləri və eləcə də AİB-in növbəti 5 il müddəti üçün Azərbaycan üzrə hazırlanacaq Tərəfdaşlıq Strategiyasında nəzərə alınmalı prioritet sahələr müzakirə edilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az