İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma şöbəsinin müdiri, iqtisad üzrə elmlər doktoru Aqil Əsədov “Heydər Əliyev İli”nə və 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masada iştirak edib. A.Əsədov “Heydər Əliyev strategiyası: tənəzzüldən tərəqqiyə, tərəqqidən zəfərə” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə “Heydər Əliyev İli”nə aid videoçarx nümayiş etdirilib, iştirakçılar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, 15 iyun – Milli Qurtuluş gününün mahiyyətindən və yaranma fəlsəfəsindən danışıblar.
Tədbir Kəlbəcər Rayon İcra Hakimiyyəti, YAP Kəlbəcər rayon təşkilatı və Azərbaycan İlahiyyat İnstitunun birgə təşkilatçılığı ilə keçirilib.