İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Qazaxıstanın Almatı şəhərində Beynəlxalq Valyuta Fondunun (BVF) Qafqaz, Mərkəzi Asiya və Monqolustan Regional Potensialın İnkişafı Mərkəzinin (CCAMTAC) rəhbəri Norbert Funke ilə müzakirələr aparıb. Görüşdə İİTKM və CCAMTAC arasında əməkdaşlıq imkanları müzakirə olunub.
V. Qasımlı, həmçinin Asiya İnkişaf Bankının Regional Əməkdaşlıq və Əməliyyatların İdarə edilməsi Departamentinin rəhbəri Lyaziza Sabyrova ilə Azərbaycanda aparılan islahatlar üzrə əməkdaşlıq məsələlərini müzakirə edib.
V. Qasımlı İsveçrənin İqtisadi Məsələlər üzrə Katibliyinin Baş Proqram Meneceri Reto Weyermann ilə görüşdə SECO ilə birgə layihələrin gələcək perspektivlərinə dair fikir mübadiləsi aparıb.