09 iyun 2023, 16:42

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində əməkdaşların məlumatlandırılması istiqamətində növbəti tədbir keçirilib. Mərkəzin hüquqşünası Nigar Hafizqızı Milli Fəaliyyət Planı barədə kollektivə geniş məlumat verib. Tədbirdə 2023-cü il üzrə iş planının icra vəziyyəti qiymətləndirilib. Müzakirələr zamanı N.Hafizqızı Milli Fəaliyyət Planı ilə bağlı əməkdaşları maraqlandıran məsələlərin hüquqi izahını verib, sualları cavablandırıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı təsdiqləyib. Bu Sərəncama uyğun olaraq İİTKM tərəfindən Fəaliyyət Planının icrası üzrə illik iş planı təsdiq edilib və bu barədə məlumat Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına göndərilib. İllik iş planına uyğun olaraq Milli Fəaliyyət Planında publik hüquqi şəxslər tərəfindən icrası nəzərdə tutulan tədbirlərlə bağlı İİTKM-də müntəzəm iş aparılır və kollektiv bu barədə məlumatlandırılır.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az