05 iyun 2023, 16:48

Prezident İlham Əliyevin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Dövlət Proqramının tam mətni ilə təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az