30 may 2023, 12:02

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva və layihə meneceri Nəzrin Əkbərova Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Startup Incubator” inkubasiya mərkəzinin keçirdiyi "UNEC Startup Cup" layihəsinin final mərhələsi ilə bağlı təşkil olunmuş tədbirdə iştirak ediblər. Tədbir çərçivəsində “UNEC Startup Cup - 2023”ün təşkil etdiyi 2 aylıq təlimlərin nəticəsi kimi finala vəsiqə qazanmış 6 startap layihəsi yarışıb. Münsiflər heyətinin qiymətləndirməsindən sonra “Documood.az” layihəsi “UNEC Startup Cup 2023”ün qalibi olub və mükafat kimi 20 min AZN qazanıb.

Qeyd edək ki, “Documood.az” layihəsi həm də Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə təsis etdiyi “Startup School”un iştirakçılarından olub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az