25 may 2023, 14:26

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalı tərəfindən növbəti sərbəst satış sertifikatları təqdim olunub.

Sertifikatlar Azərbaycanda istehsal olunan spirtli içkilərin Bolqarıstan Respublikasına ixracı üçün nəzərdə tutulub.

Qeyd edək ki, Sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun Azexport portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.

Ümumilikdə 2018-ci ilin aprel ayından 2023-cü il may ayına kimi 635 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinlik yaranan 100-dən artıq Amerika qitəsi, Asiya, Okeaniya, Avropa və Körfəz ölkələrinə məhsulların ixracını asanlaşdırıb.

Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az  portalı vasitəsilə müraciət edə bilərlər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az