İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı nüfuzlu Oksford Universitetində təhsilini başa vurub. V.Qasımlı 2022-ci ilin mart ayından 2023-cü ilin may ayına qədər Oksford Universitetində Said Biznes Məktəbində təhsil alıb. Onun başa vurduğu “Strategiya və innovasiya” mövzusunda birillik “postgraduate” diplom proqramı Böyük Britaniyada ali təhsildə bakalavr dərəcəsindən sonra magistr ilə eyni səviyyədə təsnif edilən elmi dərəcədir.
Qeyd edək ki, Vüsal Qasımlı iqtisad elmləri doktoru və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professorudur.