16 may 2023, 12:43

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) əməkdaşları – Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva və “Rəqəmsal Ticarət Qovşağı”nın rəhbəri İsmət Vaqifzadə “Azərbaycan Qadınları İT-də - AWITA 2023”ün mükafatlandırma mərasimində iştirak ediblər. Mətanət Musayeva münsiflər heyətində təmsil olunub və “Yüksələn ulduz” nominasiyasının qalibini təqdim edib.

Femmes Digitales” - “Texnologiyalar sahəsində Qadınlara Dəstək” İctimai Birliyinin təşkil etdiyi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş müsabiqədə məqsəd ölkənin rəqəmsal iqtisadiyyatında gender bərabərliyini təşviq etmək, informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlərdə qadınların rolunu tanımaq, təcrübə mübadiləsi və İT mütəxəssislərini bir araya gətirmək üçün platforma yaratmaqdır.

Enterprise Azerbaijan portalı bu müsabiqənin təşkilində “Femmes Digitales”in partnyorlarından olub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az