15 may 2023, 13:11

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) seminar keçib. “Azexport: ticarətdə rəqəmsal transformasiya” adlı seminarda tələbələrə “Azexport.az” portalının iş prinsipi və təqdim etdiyi imkanlar barədə məlumat verilib. Daha sonra tələbələr yerli və beynəlxalq ticarətdə tətbiq olunan müasir rəqəmsal həll yolları, “Amazon”, “eBay” və “Alibaba” kimi beynəlxalq elektron ticarət platformaları, həmçinin “Payoneer” rəqəmsal ödəniş sistemi barədə məlumatlandırılıblar. Seminar iştirakçıları ilə rəqəmsal transformasiya dövründə ticarətin inkişaf istiqamətləri müzakirə olunub, praktik nümunələrə baxılıb. Sonda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, analoji görüşlərin Azərbaycanın digər ali təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az