18 aprel 2023, 16:45

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon təşkilatı Gəncə şəhərində “Heydər Əliyevin milli dövlətçilik ideyaları” mövzusunda tədbir keçirib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışılıb, Ümummilli Liderin ideyalarının Azərbaycanı zirvələrə yüksəltdiyi qeyd olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma şöbəsinin müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov da tədbirdə iştirak edib. O, “Heydər Əliyev – Azərbaycanın iqtisadi uğurlarının banisi” mövzusunda geniş məruzə ilə çıxış edib.

Tədbir ilə daha ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz:  https://bit.ly/3nZCdoR


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az