İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin və Rəqəmsal Ticarət Qovşağının rəhbərləri Beynəlxalq Türk Akademiyası və Türk Dövlətləri Təşkilatı Katibliyinin birgə təşkil etdiyi görüşdə iştirak ediblər.
Görüşdə İqtisadi Siyasət Araşdırma Mərkəzlərinin Şəbəkəsi (ERCNET) çərçivəsində Türk dünyası üzrə rəqəmsal ticarət və investisiyalar mövzusunda illik hesabatın hazırlanması prosesi müzakirə olunub.
Türk dünyasından olan beyin mərkəzlərinin iştirakı ilə keçirilən görüşdə rəqəmsal texnologiyanın potensialını tam reallaşdırmaq və iqtisadi artıma təkan vermək üçün rəqəmsal strategiyalar hazırlanmasının vacibliyi qeyd olunub.