05 may 2023, 11:11

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun professoru Laszlo Vazanı (László VASA) qəbul edib.

Görüşdə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı artıq ikinci belə görüşün keçirildiyini qeyd edib və yaranan əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Eyni zamanda Mərkəzin Türk Dünyası ilə bağlı həyata keçirdiyi çoxsahəli layihələr haqqında məlumat verib.

Vüsal Qasımlı İİTKM-in kordinatorluğu ilə dərcə hazırlanan “Türk Dövlətləri İqtisadiyyatı” kitabında həmmüəllif kimi iştirak etdiyinə və rüblük dərc olunan Türk İqtisadi İcmalının ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.

Görüş zamanı həmçinin Türk Dünyasının geoiqtisadi xəritəsinin hazırlanmasına dair plan müzakirə edilib, birgə əməkdaşlıq sahələrindən danışılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az