İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və müasir türk dünyası” mövzu-sunda beynəlxalq elmi-praktiki konfransda iştirak edib.
Azərbaycan Ağsaqqallar Şurası, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən konfransda Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızstan, Türkmənistan və s. ölkə-lərdən nümayəndələr də iştirak edib.
Beynəlxalq konfransda A.Əsədov “Heydər Əliyev və Azərbaycanın qlobal məkana çıxışı” mövzusunda təqdimatla çıxış edib.