Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat Könüllüləri” Təşkilatının təşəbbüsü ilə millət vəkili Emin Hacıyev ilə könüllülərin “Gənclərin yerli və regional həyatda iştirakı” mövzusunda görüşü keçirilib.
Görüşdə deputat Emin Hacıyev əvvəlcə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər və təhsil sahəsində həyata keçirilən islahatlar və dövlət layihələri barədə könüllülərə məlumatlar verib. O, Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun gənclər siyasətinə təsiri, onlar üçün yaradılan imkanlar, xaricdə təhsil və regional həyatda aktiv iştirakın əhəmiyyəti haqqında danışıb.
E.Hacıyev genişlənən könüllülük hərəkatının ölkəmizin davamlı inkişafının təmin olunmasına və gənclərin peşəkar kimi formalaşmasına böyük töhfə verdiyini qeyd edib.
Görüşdə gənclər millət vəkili ilə mövzu ilə bağlı fikirlərini bölüşüb, ona suallar ünvanlayıblar.