28 aprel 2023, 10:36

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Enterprise Azerbaijan portalı ilə ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə təsis etdiyi “Startup School”un növbəti treninqini PMWILL layihə-konsaltinq şirkətinin həmtəsisçisi və layihə təlimçisi Vüqar Rüstəmli keçib.  “Startup School”un iştirakçıları “Agile Project Management” (Çevik layihə idarəetməsi) mövzusuna həsr edilmiş təlimə böyük maraq göstəriblər.

Vüqar Rüstəmli bu kursun məqsədinin tələbələrə çevik komandanın formalaşdırılması və maraqlı əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı praktiki biliklər vermək olduğunu bildirib. Ekspert komanda idarəetməsinin prioritetə çevrilməsi üçün çevik (agile) metodların vacibliyini vurğulayıb.

Qeyd edək ki, treninqlərin sonunda seçiləcək 9 layihə (komanda) “SABAH.Lab”ın İnkubasiya Mərkəzində 2 həftə ərzində mentorluq proqramına qatılacaq. Xüsusi ekspertlər layihələr arasından ilk 3 yerin qalibini müəyyənləşdirəcəklər.

LAYİHƏLƏRİNİZİ BİZİMLƏ BİZNESƏ ÇEVİRİN!

 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az