26 aprel 2023, 12:23

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Rəşad Hüseynov Asiya İnkişaf Bankı İnstitutunun (AİBİ) Stanford Universiteti ilə birgə Tokio şəhərində təşkil etdiyi beynəlxalq seminarda çıxış edib. Seminarda ictimai siyasət (public policy) sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri, alimləri, eləcə də digər ölkələrin dövlət nümayəndələri iştirak edib.

Rəşad Hüseynov seminarda “Rəqəmsal Ticarət Qovşağının yaradılması: Azərbaycanın nümunəsində” və “Sosial-iqtisadi inkişaf sahəsində islahatların idarə edilməsi: Azərbaycanın misalında” mövzularında təqdimatlar edib və təqdimatlarla bağlı bir sıra müzakirələrdə sualları cavablandırıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az