20 aprel 2023, 16:36

Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təsis edilməsinin 7–ci ili ilə əlaqədar qurumun icraçı direktoru Vüsal Qasımlı kollektivlə görüş keçirib.

O bildirib ki, İİTKM Azərbaycanda aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli şəkildə əlaqələndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Mərkəz yarandığı gündən çoxşaxəli fəaliyyət göstərib və indiyə qədər iqtisadi islahatların həyata keçirilməsi, monitorinqi, qiymətləndirilməsi və kommunikasiyası sahələrində fəaliyyət göstərib. Mərkəz dövlət proqramları və strategiyalarının, müvafiq tədbir və tapşırıqların icra vəziyyətinin monitorinq və qiymətləndirilməsi üzrə ümumilikdə 80-ə yaxın hesabat hazırlayıb. İİTKM biznes mühiti və beynəlxalq reytinqlərin yaxşılaşdırılması və kommunikasiya fəaliyyəti istiqamətində uğurla fəaliyyət göstərib. Mərkəzdə beynəlxalq və yerli ekspertlərlə əməkdaşlıq nəticəsində iqtisadi proqnoz və təhlillər aparılıb.

Vüsal Qasımlı Ramazan bayramı ərəfəsində əməkdaşları bayram münasibətilə də təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az