20 aprel 2023, 11:54

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə yaratdığı “StartUp School”da “Technovate Investments” MMC-nin təsisçisi və prezidenti, “GoldenPay”in təsisçisi Fərid İsmayılzadə dərs keçib. O, “Startapınız üçün dəstək modeli” (“Model to get support for your startup”) mövzusunda təqdimat edib.

Fərid İsmayılzadə “GoldenPay”in yaradılması ilə bağlı yerli təcrübəsindən danışıb. Gənclərə həm qlobal, həm də regional səviyyədə startapların yaradılmasının imkanları barədə məlumat verib.

İnteraktiv formada keçirilən treninqdə “Mələk investor”, “Vençur studio” və digər modellər vasitəsilə startap ideyalarının reallığa çevrilməsi üçün göstərilən dəstək, eləcə də startaplar üçün vəsait toplamağın yolları (müxtəlif fandreyzinq turları, həmçinin yerli, regional və qlobal səviyyədə vəsait toplamaq imkanları) barədə fikir mübadiləsi aparılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az