İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalı və Rəqəmsal Ticarət Qovşağının rəhbərləri “Kibertəhlükəsizlikdə tendensiyalar” adlı onlayn görüşdə iştirak ediblər.
Görüş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Türkiyə Respublikasının Azərbaycandakı Ticarət Nümayəndəliyi və Türkiyə Respublikasının Ticarət Nazirliyinin birgə təşkilatçılığı keçirilib. İki ölkə arasında kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsinin aparılması, bu sahədə boşluqların müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılıb və Azərbaycanda müvafiq sahədə tətbiq olunan qanunvericilik və standartlarla bağlı təqdimatlar edilib.