18 aprel 2023, 14:12

Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun növbəti iclası keçirilib.

Onlayn formatda təşkil olunmuş iclasda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Neft Şirkətinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, eləcə də bir sıra biznes assosiasiyaların və şirkətlərin nümayəndələri iştirak ediblər.

İclasda İşçi Qrupunun 2022-ci il üzrə Fəaliyyət Planının icrası istiqamətində görülmüş işlər və əldə olunmuş nəticələr barədə məlumat verilib, qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb. Həmçinin, müvafiq reytinq hesabatlarında ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin icrasının vaxtında və effektiv həyata keçirilməsinə dair tapşırıq və tövsiyələr verilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az