Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun növbəti iclası keçirilib.
“Webex” platforması üzərindən həyata keçirilən iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin həmçinin İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin, Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin, Spektr Sosial-İqtisadi Araşdırma və İnkişaf Mərkəzinin və “Ekvita” şirkətinin təmsilçiləri iştirak ediblər. İclasda işçi qrupunun 2022-ci ildə gördüyü işlər müzakirə edilib. Büdcə şəffaflığının təmin edilməsi, dövlət tənzimlənməsinin keyfiyyətinin artırılması, habelə monetar azadlıq indikatoru üzrə görülmüş işlərlə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olub.
Qarşılıqlı müzakirə formatında aparılan iclasın yekununda görüş iştirakçılarının sualları cavablandırılıb.