07 aprel 2023, 10:03

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”ində  nəzərdə tutulan xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosesinin təkmilləşdirilməsi ilə bağlı görüləcək işlərlə əlaqədar görüş keçirilib.

Görüşdə İİTKM, Dövlət Vergi Xidməti (DVX) və “B.est Solutions” MMC-nin nümayəndələri tərəfindən xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı ilə bağlı Yol Xəritəsində nəzərdə tutulan təkmilləşmə imkanları barədə  mümkün olan texniki həllər və digər məsələlər müzakirə olunub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az