“Tikintiyə icazələrin verilməsi” üzrə İşçi qrupunun “Əlverişli Biznes Mühiti layihəsi ilə əlaqədar İşçi qrupun fəaliyyətinin təşkili və icazələrin əldə olunması vaxtı və xərclərinə dair təkmilləşmələr” mövzusuna həsr olunan növbəti onlayn iclası keçirilib.
İclasda İşçi qrupunun rəhbəri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və İqtisadiyyat Nazirliyi tabeliyində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin, habelə digər qurumların nümayəndələri iştirak ediblər.
Görüş zamanı tikintiyə və istismara icazə icraatı ərzində rəy və texniki şərtlərin verilmə müddətinə dair statistik göstəricilər, 2022-ci ilin ikinci yarımilliyi ərzində sahibkarlıq subyektləri arasında aidiyyəti sahədə aparılmış sorğunun nəticələri barədə məlumatlar, 2022-2023-cü illər üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası barədə geniş müzakirələr aparılıb.