Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi”nin birgə layihəsi olan “StartUp School”da ilk seçim mərhələsinin nəticələri açıqlanıb.
Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva bildirib ki, müsabiqədə iştirak üçün ümumilikdə 200 layihə müraciət edib. İlk mərhələnin sonunda seçilən 32 layihə arasında Türkiyə (bu ölkədən 7 layihə qalib olub) Almaniya və İrlandiyadan olan layihələr var.
Portal rəhbəri əlavə edib ki, ilk mərhələdən keçə bilməyən layihələrlə də əməkdaşlıq davam etdiriləcək. Həmin startapların öz layihələrini https://enterpriseazerbaijan.gov.az/ saytında qeydiyyatdan keçirmək, Azərbaycanda startap ekosisteminə daxil olmaq üçün mümkün dəstək göstəriləcək.
“StartUp School”da ilk seçim mərhələsini qazanan layihələrlə təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz: https://startupschool.az/en
“StartUp School”-un rəsmi açılışı aprel ayının 3-də baş tutacaq.
Qeyd edək ki, “StartUp School”u təqdim edən enterpriseazerbaijan.gov.az Portalı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr Fərmanı ilə yaradılıb. Portalın operatorluğunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.