İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalı və Alibaba elektron ticarət platformasının nümayəndələri arasında növbəti görüş keçirilib. Görüşdə Alibaba tərəfindən tətbiq olunan yeniliklər, reklam strategiyası, beynəlxalq trendlər, sertifikatlaşdırma kimi məsələlər müzakirə olunub.
Qeyd edək ki, Azexport portalı yeddi ildən artıqdır ki, Alibaba elektron ticarət platformasının qızıl üzvüdür. Hazırda platformada minədək Azərbaycan məhsulu nümayiş etdirilir. Bu platformadan Azexport portalına əsasən Asiya, Körfəz və Okeaniya ölkələrindən ixrac sifarişləri daxil olur.