17 mart 2023, 10:34

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfransda çıxış edib. “Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını ifadə ediblər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə çıxış edənlər Ümummilli Liderin fədakarlığı, cəsarəti və uzaqgörənliyi sayəsində dövlətçiliyimizin və müstəqilliyimizin böyük bir fəlakətdən xilas olmasından, Heydər Əliyevin hər zaman milli ideologiyanı və azərbaycançlıq məfkurəsini hər şeydən üstün tutmasından, həmçinin onun siyasi kursunu uğurla və qətiyyətlə davam etdirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin gündən-günə inkişaf etməsindən geniş söhbət açıblar. Həmçinin Azərbaycan xalqının müasir dövlətimizin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevi hər zaman qürur hissi ilə xatırladığını vurğulayıblar.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az