10 mart 2023, 10:56

Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin “Ozman sahibkarlıq Mərkəzinin” birgə hazırladığı “StartUp School” layihəsi UNEC-də təqdim olunub. Təqdimatda Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva, mentor Habil Əliyev və layihə meneceri Nəzrin Əkbərova layihə barədə ətraflı məlumatlar veriblər.

“StartUp School” layihəsinin təqdimatında UNEC “Biznes Mərkəzi”nin rəhbəri Mübariz Şahbazlı, “Rəqəmsal İqtisadiyyat Fakültəsi”nin dekan müavini Ramal Cabbarov, UNEC Dizayn məktəbinin katibi Aytən Ağayeva, “Mühəndislik” fakültəsinin dekan müavini Sevinc Abdullayeva, Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının müəllimi Aslan Talıbov iştirak ediblər.

Tələbələrin sualları cavablandırılıb və onlara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr verilib.

Tədbirin sonunda EnterpriseAzerbaijan və UNEC Biznes Mərkəzi arasında perspektiv əməkdaşlıq imkanları müzakirə olunub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az