07 mart 2023, 16:45

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə kollektivin xanım əməkdaşlarını təbrik edib.

 Vüsal Qasımlı Azərbaycan qadınlarının cəmiyyətin davamlı və tarazlı inkişafında, həmçinin dövlət, biznes, akademiya, idman və vətəndaş cəmiyyətində əhəmiyyətli rolundan danışıb: “Ən əsası xanımlarımız milli-mənəvi dəyərlərimizin və ailə institutunun qoruyucularıdır.”

 İcraçı direktor xanımlara cəmiyyət həyatının bütün sahələrində uğurlar və qadın xoşbəxtliyi arzulayıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az