03 mart 2023, 16:37

Azranking.az portalı: Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun hesabat xarakterli iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun hesabat xarakterli onlayn iclası keçirilib. İclasda İşçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planında yer alan tədbirlər üzrə görülən işlər barədə Mərkəzi Bank və İqtisadiyyat Nazirliyinin nümayəndələri tərəfindən məlumat verilib və müvafiq indikatorlar üzrə ölkənin mövqeyinin yaxşılaşdırılması istiqamətində İşçi qrupu çərçivəsində gələcək addımlar müzakirə edilib. İclasda Mərkəzi Bankın, Nazirlər Kabinetinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Neft Fondunun, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Kredit Bürosunun, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycan Sığortaçılar Assosiasiyasının, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının, Ekvita şirkətinin, “AzFinance İnvestisiya Şirkəti” QSC-nin və “Asiya İnkişaf Bankı”nın nümayəndələri iştirak edib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az