02 mart 2023, 12:17

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağının nümayəndələri EU4Digital təşəbbüsü ilə e-ticarət konsultasiya mərkəzinin tətbiqinə dair keçirilən onlayn görüşdə iştirak ediblər.

Görüşdə Şərq Tərəfdaşlığı ölkələrindən olan əlaqəli qurumlar iştirak edib. Sessiya zamanı e-ticarət konsultasiya mərkəzinin əsas məqsədi, keçiriləcək təlimlər və bizneslərin əldə edəcəyi imkanlar müzakirə olunub.

Qeyd edək ki, proqram e-ticarət sahəsinin inkişafını sürətləndirmək, bizneslərə beynəlxalq bazara çıxış, logistika, marketinq, vergi və digər sahələrdə yaranan çağırışlara dəstək imkanı yaradır.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az