15 fevral 2023, 12:19

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az və Rəqəmsal Ticarət Qovşağının nümayəndələri EU4Digital təşəbbüsü və Şərq Tərəfdaşlığı ölkələrindən olan maraqlı tərəflərin iştirakı ilə keçirilən onlayn görüşdə iştirak ediblər.

E-Ticarət sahəsinin inkişafını sürətləndirmək məqsədilə keçirilən sessiya zamanı Avropa İttifaqında elektron ticarət sahəsində cari tendensiyalar və təcrübələrin nədən ibarət olduğu və Şərqi tərəfdaş ölkələrin iştirakının əhəmiyyəti haqqında məlumat verilib.

Eyni zamanda, fəaliyyət zamanı hansı mərhələlərin əldə ediləcəyi və maraqlı tərəflərin fəaliyyətdə iştirakdan necə faydalana və ona töhfə verə biləcəyi müzakirə ounub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az