İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİKTM) "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda çıxış edib.
Forumda Azərbaycan ixracatçılarının müxtəlif xarici bazarlara çıxışına dövlət dəstəyi tədbirləri, logistika sahəsində problemlər, idxal-ixracda lizinq əməliyyatları müzakirə olunub. Forum çərçivəsində Nicat Hacızadə 2023-cü ildə beynəlxalq ticarətdə gözlənilən proqnozlar, xarici tələbin dəyişməsi, Azərbaycanın qeyri-neft ixracının artırılması, ixracın diversifikasiyası və aqrar məhsulların emal prosesinə cəlb edilməsi kimi məsələlər haqqında çıxış edib. Forumun sonunda sahibkarların sualları cavablandırılıb.