30 mart 2021, 11:00

Türkiyənin “Daily Sabah” qəzeti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının “Bakının Qarabağ üzrə "ağıllı" planı parlaq gələcəyi vəd edir”( Baku’s 'smart' Karabakh plan paints a bright future)  başlıqlı məqalə dərc edib. Məqalədə qeyd olunub ki, Qarabağda inkişafın yeni modeli qurulub. Azərbaycan Qarabağın dirçəlməsi üçün “ağıllı şəhər”, “ağıllı kənd” sistemlərini tətbiq etmək üçün bütün resursları və maraqlı tərəfləri səfərbər edib. İngilis dilində dərc olunan məqalədə qeyd olunur ki, hazırda Qarabağda smart region yanaşması tətbiq edilir: müasir şəhərsalma, 4-cü sənaye inqilabının çağırışlarına uyğun yanaşma, xarici kapital və ən əsası yeni idarəetmə modeli.

Əlavə olunub ki, Qarabağın yeni inkişaf modeli uğur qazanacağı təqdirdə Azərbaycanın qalan ərazisində də tətbiq ediləcək.

 

Məqalə ilə qeyd olunan link vasitəsi ilə tanış ola bilərsiniz: https://bit.ly/3u9kGb8


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az