28 dekabr 2022, 12:22

İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının rəhbəri Məsumə Talıbova Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” İşçi Qrupunun onlayn formatda keçirilən iclasına qatılıb.

Webex platforması üzərindən baş tutan iclasda Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti" layihəsinin "Maliyyə xidmətləri" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2023-cü il üzrə Yol Xəritəsi, həmçinin 2023-cü il üzrə Fəaliyyət Planının layihəsi müzakirə edilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az