İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı tədbir keçirilib.
Tədbirdə korrupsiya anlayışı və onun formaları barədə məlumat verilib, korrupsiyaya qarşı mübarizənin davamlı olmasından danışılıb və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı İİTKM tərəfindən 2022-ci il üçün iş planı üzrə görülən işlərə dair illik hesabat müzakirə olunub. Daha sonra tədbir iştirakçılarının müzakirəsinə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası üzrə İİTKM-in 2023-cü il üçün iş planı təqdim edilib.
Tədbir iştirakçıları iş planını irəli sürülən təklif və tövsiyələr nəzərə alınmaqla rəhbərliyə təqdim edilməsini qərarlaşdırıblar.