İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində “İqtisadi artımın idarə edilməsi” üzrə 10 həftəlik proqramda davam edəcək. Proqramda dünyada iqtisadi artım üzrə tanınmış professorlar Rikardo Hausmann və Matt Andryus kimi alimlər mühazirələr oxuyur.
Qeyd edək ki, Vüsal Qasımlı 2009-cu ildə iqtisad üzrə fəlsəfə doktoru və 2017-ci ildə iqtisad elmləri doktoru dissertasiyalarını müdafiə edib və 2013-cü dosent elmi adına layiq görülüb. Hazırda o, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında professor (0,25 ştat) vəzifəsində çalışır.