İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalının da tərəfdaşlığı ilə Bakıda reallaşan “ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfrans yekunlaşıb. Elektron ticarətə həsr olunan və rəqəmsal marketinq sahəsində fəaliyyət göstərən ən nüfuzlu şirkətlərin iştirak etdiyi beynəlxalq konfransda EnterpriseAzerbaijan portalının rəhbəri Mətanət Musayeva, Rəqəmsal Ticarət Qovşağının rəhbəri Məsumə Talıbova və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə iştirak ediblər. PAŞA Bank və Türkiyənin tanınmış “Trendyol” ticarət platformasının əsas təşkilatçılığı ilə reallaşdırılan tədbirdə yerli və xarici spikerlər rəqəmsal ticarətin əsas problemlərindən və uğurlarından danışıblar.
Tədbir müddətində iştirakçılar üçün fərqli oyunlar və viktorinalar təşkil olunub.