14 dekabr 2022, 11:37

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbərinin müavini Günay Quliyeva Yaponiyanın Tokyo Universitetində keçirilən “Asiya və Avstraliya Əmək İqtisadiyyatı Cəmiyyəti 2022” (“The Asian and Australasian Society of Labour Economics (AASLE) 2022 Conference”) beynəlxalq konfransında “Azərbaycanda qadınların əmək bazarında iştirakı və neft amili” mövzusunda təqdimat edib.

   Konfransın spikerləri Oxford Universitetinin professoru Barbara Petrongolo, Zürix Universitetinin professoru Josef Zweimül və bir sıra tanınan iqtisadçılar olub. Günay Quliyeva konfrans müddətində Asiya İnkişaf Bankının (AİB) baş iqtisadçısı Albert Francis Park və AİB-in digər iqtisadçıları ilə müzakirələrdə iştirak edib.

 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az