13 dekabr 2022, 11:09

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində departament rəhbəri Aqil Əsədov iqtisad elmləri doktoru elmi dərəcəsi alıb. O, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “5312.01 – Sahə iqtisadiyyatı” ixtisası üzrə bu dərəcəyə layiq görülüb.

Aqil Əsədov Azərbaycan, Amerika, Almaniya, Türkiyə, Ukrayna, Gürcüstan, Rusiya, Belarus, Qazaxıstan və s. ölkələrdə çap edilmiş 100-dən çox məqalənin, 3 dərs vəsaitinin, 5 monoqrafiyanın və 1 dərsliyin müəllifidir.

İndiyə qədər İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda, AMEA İqtisadiyyat İnstitutunda və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə işləyib. Milli Aviasiya Akademiyasında pedeqoji fəaliyyətlə məşğul olub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az